Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul etdi
sosial

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul etdi

18-09-2025 18:00 14 Views
IMG

Azərişıq ASC regionlarda əsaslı təmir və yenidənqurma işlərinə paralel olaraq maarifləndirici tədbirlər həyata keçirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən belə tədbirlərdən biri Gəncədə baş tutub. Sentyabrın 18-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşüb.

 

Tvit.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

 

Qəbul zamanı Azərişıq ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirmə tədbirlərini davam etdirir. Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir.