Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir
sosial

Qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir

15-09-2025 16:00 16 Views
IMG

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir.

"Tvit.az" xəbər verir ki, 2025-ci il 10 sentyabr tarixində Qaradağ rayonunda yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavodu yaxınlığında yerləşən ərazidə keçirilmiş reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan vətəndaşlar Elşən Əliağa oğlu Həmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet götürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib. 

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam etdiriləcək.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.