Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək
sosial

Şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək

12-09-2025 13:00 18 Views
IMG

"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq".

"Tvit.az"  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.

O xatırladıb ki, qaydalar bu günə qədər 300 ümumi təhsil müəssisəsində tətbiq edilib:

"Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz".