Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
Bu barədə Tvit.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.