Azərbaycanın "AZAL" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Təbriz Hava Limanına eniş edib.
Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, bu reys Bakı-Təbriz hava əlaqələrinin bərpası baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.