Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ukrayna üzv olmağa layiq deyil - Macarıstan
dünya

Ukrayna üzv olmağa layiq deyil - Macarıstan

25-08-2025 19:00 21 Views
IMG

Ukrayna Avropa İttifaqının üzvü olmağa layiq deyil, çünki o, icmanın ştatlarında qaz kəmərlərini partladıb, onların sənaye müəssisələrini xammalla təmin edən neft kəmərinə hücum edir.

Tvit.az xəbər verir ki,  bunu Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas deyib.

Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanlarının “Şimal axını” boru kəmərlərinin təxribatında iştirakı ilə bağlı “Aİ-yə üzv dövlətlərin enerji təhlükəsizliyini üçüncü ölkədə qaz kəmərini partlatmaq kimi hərəkətlərlə təhdid etmək istəyən ölkə üçün Aİ-yə üzv statusu qəbuledilməzdir.

Baş nazir aparatının rəhbəri “Drujba” neft kəmərinin infrastrukturuna hücumların dayandırılması tələbini səsləndirib.

"Ukrayna Macarıstanın enerji təhlükəsizliyini təhlükəyə atmamalıdır. Macarıstana enerji tədarükü marşrutuna hücumları dayandırmalıdır", - deyən Gülyas "Drujba"ya edilən hücumların Rusiyaya deyil, Aİ üzvü olan Macarıstan və Slovakiyaya zərər vurduğunu vurğulayıb.

Aysel Şirinova