Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial MN-dən xəbərdarlıq: Təşvişə düşməyin!
sosial

MN-dən xəbərdarlıq: Təşvişə düşməyin!

25-08-2025 11:00 20 Views
IMG

25-29 avqust tarixlərində istismar müddəti başa çatımış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlukəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkul qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.