Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Çinin şimalında ölən turistlərin sayı artıb
dünya

Çinin şimalında ölən turistlərin sayı artıb

22-08-2025 09:00 21 Views
IMG

Çinin şimalında baş verən daşqın nəticəsində ölən turistlərin sayı 12 nəfərə çatıb.

Tvit.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, axtarış əməliyyatına 1,6 mindən çox xilasedici cəlb olunub. 

Ötən həftə səkkiz nəfərin öldüyü, dörd nəfərin isə itkin düşdüyü barədə məlumat verilmişdi. Hadisə avqustun 16-da Bayan-Nur şəhər dairəsinin ərazisində yerləşən turist düşərgəsində baş verib.

Aysel Şirinova