Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Dövlət Xidməti binaların təmiri üçün 356 min manatdan çox vəsait ayırır
iqtisadiyyat

Dövlət Xidməti binaların təmiri üçün 356 min manatdan çox vəsait ayırır

07-08-2026 20:00 24 Baxış
IMG

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti balansında olan inzibati binalarda cari təmir işlərinin satın alınmasını yekunlaşdırıb.

 

Tvit.az xəbər verir ki, dövlət satınalmalarının vahid portalında yer alan məlumata görə, keçirilən tenderin qalibi "QRAND DİZAYN KONSTRAKŞN" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

 

Qalib şirkətlə 356 761,26 manat məbləğində müqavilənin bağlanması nəzərdə tutulur.

 

Aysel Şirinova