Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu ərazilərə yağış yağıb - Faktiki hava
sosial

Bu ərazilərə yağış yağıb - Faktiki hava

08-07-2025 11:00 24 Baxış
IMG

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəki, Xaltan, Balakən, Şamaxı, Qobustan, Qusar, Altıağac, İsmayıllı, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astarada 4, Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.

Şimal-şərq küləyinin maksimal sürəti Culfa, Şahbuzda 20, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.