Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu
hadisə

Yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu

14-08-2026 11:00 17 Baxış
IMG

Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub.

 

DİN-in Mətbuat Xidmətindən Tvit.az-a bildirilib ki, ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

 

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

 

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

 

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.