Rusiya və ABŞ administrasiyaları arasında qurulan birbaşa telefon əlaqələri, həmçinin Vaşinqtonun Kiyevlə apardığı danışıqlar 9-11 may tarixlərini əhatə edən üçgünlük atəşkəs razılaşması ilə nəticələnib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlama verib.
Yuri Uşakov əldə olunmuş razılığın hər iki dövlətin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. O, prosesin koordinasiyalı şəkildə həyata keçirildiyini qeyd edib.
“Bu məsələ ilə bağlı razılıq ABŞ Prezident administrasiyası ilə apardığımız telefon əlaqələri zamanı əldə edildi. ABŞ nümayəndələri də öz növbəsində Kiyevlə müvafiq əlaqələr saxlayaraq prosesi tamamladılar. Bu, hərbi əməliyyatların müvəqqəti dayandırılması istiqamətində atılan mühüm addımdır”, - deyə Uşakov bildirib.
Məlumata görə, rusiyalı diplomat qeyd edib ki, əldə edilən bu razılaşma Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan əvvəlki söhbətlərdə səsləndirilən sülh təşəbbüslərinin və strateji fikirlərin praktiki davamıdır. Atəşkəs dövründə humanitar məsələlərin və əsir mübadiləsinin əsas prioritet olduğu vurğulanır.
Aysel Şirinova