İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın hərəkətləri və təzyiqlərinin İranla Pakistan arasında daha da yaxınlaşmaya səbəb olduğunu bildirib.
Tvit.az xəbər verir ki, İranın Fars xəbər agentliyinin məlumatına görə, Pezeşkian bu barədə Tehranda səfərdə olan Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə görüşündə danışıb.
“Biz inanırıq ki, ABŞ-ın hərəkətləri və təzyiqləri İslam ölkələri arasında daha çox yaxınlaşmaya və davamlı əlaqələrə töhfə verib. İran və Pakistan nümayəndə heyətləri arasında çoxsaylı görüşlər və məsləhətləşmələr bu tendensiyanın bariz nümunəsidir”, – deyə Pezeşkian bildirib.
Nəqvi ikitərəfli münasibətləri müzakirə etmək üçün bazar ertəsi Tehrana səfər edib.
Aysel Şirinova