Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Milli Məclis azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri keçirəcək
sosial

Milli Məclis azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri keçirəcək

22-09-2026 15:00 19 Baxış
IMG

Milli Məclis işğaldan azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri keçirəcək.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.

 

İş planında həmçinin "Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi" mövzusunda ali təhsil müəssisələrində və regionlarda gənclərlə görüşlərin keçirilməsi də yer alıb.


Gənclər və idman komitəsi payız sessiyası müddətində Sağlam gənclik – sağlam gələcək mövzusunda zərərli vərdişlərlə mübarizə üzrə maarifləndirici tədbirin və Gənclərin elm, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələrin keçirilməsini də planlaşdırır.