İran xarici işlər nazirliyi ABŞ qüvvələrinin Cask limanı və Hörmüz boğazı yaxınlığında iki İran neft tankerinə hücumundan sonra bəyanat yayıb.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Bəyanatda qeyd olunub ki, ABŞ-nin cümə axşamı və cümə səhəri tankerlərə və bir neçə sahil ərazisinə endirdiyi zərbələr İran Silahlı Qüvvələrinin güclü cavabı ilə qarşılanıb və təcavüzkarlar məqsədlərinə çata bilməyiblər.
İran XİN bu hücumları 10 aprel tarixli atəşkəs razılaşmasının açıq pozulması kimi dəyərləndirib. Nazirlik bildirib ki, hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozur və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən təcavüz aktı hesab olunur.
Elmin Alışov