Pakistan xarici işlər nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi ABŞ ilə İran arasında razılaşmaya ümid etdiklərini və tezliklə razılaşmanın əldə olunacağını gözlədiklərini bildirib.
Tvit.az bu barədə “Dawn” qəzetinə istinadən xəbər verir.
Andrabi Pakistanın iki ölkə arasındakı gərginliyin dialoq və diplomatiya yolu ilə həllini dəstəklədiyini vurğulayaraq, Baş nazir Şahbaz Şərifin mövcud impulsun davamlı bir razılaşmaya çevriləcəyinə, region və onun hüdudlarından kənarda davamlı sülh və sabitliyin təmin ediləcəyinə ümid etdiyini vurğulayıb.
Elmin Alışov