Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini tətbiq edib
dünya

Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini tətbiq edib

07-05-2026 09:00 9 Baxış
IMG

Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar raundunu tətbiq edib.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş sənəddə bildirilib.

 

Bildirlib ki, sanksiyalar siyahısı 7 mayda yenilənərək 20 fiziki və hüquqi şəxs siyahıya əlavə edilib.

 

 Məhdudiyyətlər həmçinin Rusiyanın PSB bankı tərəfindən idarə olunan A7 beynəlxalq ödəniş platformasını, Miassda yerləşən Soedinitel zavodunu və Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunun (IAP RAS) Federal Tədqiqat Mərkəzini də hədəf alıb.

 

Rusiyaya qarşı sanksiyalar haqqında qanunun qüvvəyə mindiyi 2022-ci ilin mart ayından bəri Yeni Zelandiya iki mindən çox Rusiya fiziki və hüquqi şəxsinə məhdudiyyətlər tətbiq edib.

 

Aysel