ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İranla danışıqlarda heç bir son tarix müəyyən etməyə çalışmır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə bildirib ki, "mən heç vaxt son tarix təyin etməmişəm".
Amerika administrasiyasının rəhbəri İran və ABŞ-ın münaqişəyə son qoymaq üçün razılığa gələcəyinə əminliyini ifadə edib: "Bu baş verəcək. Bu baş verəcək. Amma mən heç vaxt son tarix təyin etməmişəm", - deyə Tramp əlavə edib.
Aysel Şirinova