Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Cassim Al-Tani cümə axşamı ölkəyə səfər edən Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətləri və onların dəstəklənməsi və möhkəmləndirilməsi yolları müzakirə olunub.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aysel Şirinova

