Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Özbəkistan və Qazaxıstan rəsmiləri arasında görüş keçirilib
dünya

Özbəkistan və Qazaxıstan rəsmiləri arasında görüş keçirilib

04-02-2026 16:00 20 Baxış
IMG

Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İrqashev Daşkənddə Qazaxıstanın səfiri Atamkulov ilə görüş keçirib.

 

Tvit.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, görüşdə Əfqanıstan istiqamətində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Həmçinin əfqan nizamlanması məsələləri üzrə müntəzəm dialoqun davam etdirilməsində qarşılıqlı maraq vurğulanıb.

 

Bundan əlavə, tərəflər Əfqanıstanın regional qarşılıqlı əlaqəlilik prosesinə cəlb olunmasının perspektivləri, xüsusilə Transəfqan dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Aysel Şirinova