Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Bu açıq - aşkar soyğunluqdur" - Zaxarova
dünya

"Bu açıq - aşkar soyğunluqdur" - Zaxarova

04-02-2026 16:00 21 Baxış
IMG

Ukraynada rus vətəndaşlarından hərracla müsadirə olunan aktivlərin satılması açıq-aşkar soyğunçuluqdur.

 

 Tvit.az xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən keçirilən brifinqdə bildirilib.

 

"23 yanvarda Ukrayna Baş naziri Yuliya Svyrydenko Telegram kanalında ölkəmizin vətəndaşlarının müsadirə edilmiş əmlakının satışı qaydalarının sadələşdirildiyini elan etdi. Onun sözlərinə görə, Ukrayna hökuməti mart ayında açıq hərraclarda satışa çıxarılacaq 26 korporativ hüququn siyahısını hazırlayıb. - Biz bu hərəkətləri bütün ağırlaşdırıcı şərtlərlə birbaşa soyğunçuluq kimi qiymətləndiririk. Əminəm ki, Rusiya hüquq-mühafizə orqanları bu cinayətə lazımi tələbləri verəcək", - deyə Zaxarova bildirib.

 

Aysel Şirinova