ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, ABŞ ordusu Ərəb dənizində "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz təyyarəsini vurub.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, İrana məxsus Şahed-139 pilotsuz təyyarəsi aviadaşıyıcıya doğru uçub və ABŞ-ın F-35 qırıcı təyyarəsi tərəfindən vurulub.
Məlumatda bildirilir ki, hadisə ABŞ və İran arasında bu həftənin sonlarında keçiriləcək danışıqlardan əvvəl, Amerikanın bölgədə hərbi gücünün artırılması fonunda baş verib.
Aysel Şirinova