Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın Azərbaycanın hissələrini Ermənistanın Sünik vilayəti üzərindən birləşdirən Tramp Nəqliyyat Dəhlizi (TRIPP) marşrutunda iştirakını absurd adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə o, "Factor" telekanalına müsahibəsində bildirib.
"İlk növbədə, TRIPP erməni–amerikan təşkilatıdır. Əgər bu cür marşrutun və ya bu tip yolun açılmasından söhbət gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır. Lakin TRIPP çərçivəsində bu, mənə görə, bir qədər absurddur, çünki bu, TRIPP-in sürətlə fəaliyyətə başlamasına mane olmaq üçün hər şeyi etmək deməkdir", - deyə Simonyan bildirib.