Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pezeşkian ABŞ ilə danışıqlara başlamaq göstərişi verdi
dünya

Pezeşkian ABŞ ilə danışıqlara başlamaq göstərişi verdi

02-02-2026 18:00 17 Baxış
IMG

Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq üçün rəsmi göstəriş verib. 


Tvit.az xəbər verir ki, bununla bağlı “Fars News” agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.


Bildirilib ki, prezident nüvə məsələsi üzrə danışıqlar prosesinin başlanması ilə bağlı tapşırıq verib və İran tərəfi ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazırdır. 


Hökumət mənbəsi qeyd edib ki, Amerika tərəfi ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər. Eyni zamanda, görüşün ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Əraqçı arasında keçiriləcəyi ehtimalı var. 


Elmin Alışov