Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran Çin və Rusiya ilə birgə dəniz təlimlərini davam etdirəcək
dünya

İran Çin və Rusiya ilə birgə dəniz təlimlərini davam etdirəcək

02-02-2026 13:00 13 Baxış
IMG

Bu gün İran xarici işlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə İran Silahlı Qüvvələrinin hərbi təlimlərində hər hansı dəyişiklik olmadığını bildirib. 


Tvit.az xəbər verir ki, İranın Çin və Rusiya ilə birgə keçirdiyi Hərbi Dəniz Qüvvələrinin təlimləri planlaşdırıldığı kimi davam etdiriləcək.


Bəqayi qeyd edib ki, bu təlimlər illik xarakter daşıyır və indiyədək Hind okeanının şimalında altı və ya yeddi mərhələdə keçirilib. O vurğulayıb ki, sözügedən təlimlər öncədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilir və hazırkı mərhələdə hər hansı dəyişiklik nəzərdə tutulmur.


Onun sözlərinə görə, SEPAH qüvvələrin sınaqdan keçirilməsi və hazırlıq səviyyəsinin artırılması məqsədi daşıyan təlimləri də mövcud cədvələ uyğun olaraq davam etdirilir. 


Elmin Alışov