Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran XİN: Müharibə hər kəs üçün fəlakət olacaq
dünya

İran XİN: Müharibə hər kəs üçün fəlakət olacaq

02-02-2026 12:00 11 Baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı CNN telekanalına müsahibəsində bölgəni əhatə edə biləcək müharibə ssenarisi ilə bağlı sərt açıqlama verib.


Tvit.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. 


Əraqçı bildirib ki, mümkün müharibə “hamı üçün fəlakət” olacaq. 


Onun sözlərinə görə, daha əvvəl baş vermiş qarşıdurma zamanı İran və İsrail arasında müharibənin miqyasının genişlənməməsi üçün Tehran xüsusi səylər göstərib.


İran XİN rəhbəri iddia edib ki, hazırkı vəziyyətdə müharibə İran və ABŞ arasında baş verərsə, bunun təsirləri əvvəlkindən qat-qat geniş olacaq. 


Elmin Alışov