Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran ABŞ ilə danışıqlara hazırdır - XİN
dünya

İran ABŞ ilə danışıqlara hazırdır - XİN

30-01-2026 16:00 11 Baxış
IMG

 İran hakimiyyəti Tehranın nüvə proqramı ətrafındakı böhranın həlli ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyə razıdır, lakin dialoq qarşılıqlı hörmət üzərində qurulmalıdır.

 

Tvit.az xəbər verir ki, bu barədə İran XİN Abbas Əraqçı türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.

 

 "İran istənilən tətbiq edilən və ya diktə edilən siyasəti rədd etdiyini vurğulayaraq, mənalı, rasional və ədalətli diplomatik proseslərdə iştirak etməyə hazır olduğunu bəyan edir", - deyə o, bildirib.

 

Əraqçinin sözlərinə görə, Tehran etimadı bərpa etməyə və "qarşılıqlı hörmətə əsaslanan" dialoqa tam hazırdır.

 

Aysel Şirinova