Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fidan: Türkiyə İrana qarşı güc tətbiqinə qarşıdır
dünya

Fidan: Türkiyə İrana qarşı güc tətbiqinə qarşıdır

30-01-2026 15:00 16 Baxış
IMG

Türkiyə Tehrana qarşı güc tətbiqinə qarşı çıxır və İranla ABŞ arasında problemli məsələlərlə bağlı yeni razılaşmaların tərəfdarıdır.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziri Hakan Fidan danışıb.

"Danışıqlar həmçinin İrana qarşı sanksiyaların ləğvi və onun qlobal iqtisadi sistemə inteqrasiyası üçün yol açacaq. Bu addımlar bütün tərəflər üçün əhəmiyyətli faydalar gətirəcək. Bu mərhələdə münasibətlər yeni bir razılaşma əsasında normallaşmalıdır. Biz bütün həmsöhbətlərimizə dəfələrlə İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu bildirmişik. Və problemlərin həlli üçün hərbi variantlardan istifadənin əleyhinə olduğumuzu bir daha təkrarlayırıq və bunun çox fayda verəcəyinə inanmırıq. Biz danışıqları və diplomatiyanı dəstəkləyirik", - deyə o, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə mətbuat konfransında bildirib.

 

Aysel Şirinova