Özbəkistan Prezidenti Şavkat Mirziyoyev həyat yoldaşı ilə birlikdə rəsmi səfər çərçivəsində Türkiyəyə səfər edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ankaranın “Esenboğa” hava limanında qonaqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı qarşılayıblar.
Qeyd edək ki, bu gün Ankarada, “Ağ Saray” iqamətgahında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçiriləcək.
Həmçinin Ankarada Hatay vilayətində “Özbəkistan” yaşayış kompleksinin açılış mərasimi və İstanbulda özbək məktəbinin tikintisinə start verilməsi planlaşdırılır.
Aysel Şirinova