İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-ın Tehranla hərbi təhdidlər yolu ilə danışıqlar aparmaq cəhdlərinə reaksiya verib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
“Diplomatiya qarşılıqlı hörmət və etimad əsasında aparılmalıdır. Təhdid və hərbi güc kölgəsi altında aparılan danışıqlar problemləri həll etmir. Əksinə, qeyri-sabitliyi artırır”,- deyə spiker bildirib.
Elmin Alışov