Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Bola Əhməd Tinubunun iştirakı ilə iki ölkə arasında 9 saziş imzalanıb.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Sənədlər sırasına Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Qohum İcmalar üzrə İdarəsi ilə Nigeriya Diasporası üzrə Komissiya arasında diaspora siyasəti sahəsində əməkdaşlığa dair, media və kommunikasiya sahəsində, hərbi əməkdaşlıq haqqında Protokol, eyni zamanda təhsil sahəsində imzalanmış memorandumu daxildir.
Aysel Şirinova