Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı hücumlar üçün hava məkanından, ərazi sularından və ya qurudan istifadəyə icazə verməyəcəyini bildirib.
Tvit.az xəbər verir ki, bu barədə BƏƏ xarici işlər nazirliyi məlumat yayıb.
“BƏƏ İrana qarşı heç bir hərbi hücumda hava məkanından, ərazisindən və ya ərazi sularından istifadəyə icazə verməyəcəyini təsdiqləyir”,- məlumatda deyilir.
Elmin Alışov