Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rəcəb Tayyib Ərdoğanla İranlı həmkarı arasında telefon danışığı baş tutub
dünya

Rəcəb Tayyib Ərdoğanla İranlı həmkarı arasında telefon danışığı baş tutub

22-01-2026 18:00 30 Baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

 Liderlər Türkiyə ilə İran arasındakı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti İranda baş verən hadisələri yaxından izlədiyini, Türkiyənin İranın sülh və sabitliyinə önəm verdiyini, Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını bildirib.

O, həmçinin problemlərin həllinin və regionda gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də maraqlarına uyğun olduğunu vurğulayıb.

 

 Aysel Şirinova