Avropa İttifaqı liderləri Davos forumunda ABŞ prezidenti Donald Trampı Qrenlandiyanı formal olaraq Danimarkanın mülkiyyətində saxlamağa razı salmağa çalışacaqlar.
Tvit.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün “Telegram” kanalında bildirib.
“Davosda keçirilən mənasız tədbir maraqlı olacağını vəd edir. Hamını bezdirmiş "ölü Ukrayna"nın əvəzinə bu dəfə donmuş Qrenlandiya müzakirə olunacaq. Burada ümumi mənzərə aydındır. Burada ümumi mənzərə aydındır. Qorxaq avropalı israrlı amerikalını adaya tam himayə götürməyə, amma onu formal olaraq Danimarka Krallığının mülkiyyətində saxlamağa razı salmağa çalışacaqlar. Yəni, necə istəyirsən elə et - adanı müddətsiz və ödənişsiz istifadəyə götür, faydalı qazıntıları pulsuz hasil et, hərbi bazalar, aerodromlar, raket şaxtaları və total nəzarət üçün istənilən digər obyektlər inşa et”, - deyə Medvedev qeyd edib.
Aysel Şirinova

