Çin Xarici İşlər Nazirliyi nümayəndəsi ABŞ-yə Qrenlandiya ilə bağlı çağırış edib.
Tvit.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakün (Guo Jiakun) bildirib.
“Biz ABŞ-ni öz maraqlarını güdmək üçün guya "Çin təhlükəsi" adlandırılan anlayışdan bəhanə kimi istifadə etməyi dayandırmağa çağırırıq”, - deyə diplomat ada ətrafındakı vəziyyəti şərh edərkən vurğulayıb.