Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Xarici İşlər Nazirliyi ruslara Moldovaya səfər etməkdən çəkinməyi tövsiyə etdi
dünya

Rusiya Xarici İşlər Nazirliyi ruslara Moldovaya səfər etməkdən çəkinməyi tövsiyə etdi

16-01-2026 18:00 15 Baxış
IMG
Rusiya Xarici İşlər Nazirliyi rusları Moldovaya səfər etməkdən çəkinməyə çağıran tövsiyə edib.
 
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
 

“Rusiya pasportu sahibləri Kişinyov hava limanına çatdıqdan sonra mütəmadi olaraq alçaldıcı yoxlamalara və araşdırmalara məruz qalırlar. Tranzit zonasında elementar məişət şəraiti və xarici aləmlə əlaqə imkanı təmin edilmədən saatlarla gözləmə halları az deyil.  Bu baxımdan Rusiya XİN Rusiya vətəndaşlarına qeyd olunan riskləri nəzərə almağı və imkan daxilində Moldova Respublikasına səfərlərdən çəkinməyi qəti şəkildə tövsiyə edir”, - deyə Rusiya Xarici İşlər Nazirliyində qeyd olunub.

 

Aysel Şirinova