Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ASELSAN 30 milyard dollarlıq bazar dəyərinə çatan ilk türk şirkəti oldu
dünya

ASELSAN 30 milyard dollarlıq bazar dəyərinə çatan ilk türk şirkəti oldu

15-01-2026 21:00 22 Baxış
IMG

ASELSAN 30 milyard dollarlıq bazar dəyərinə çataraq bu göstəriciyə yüksələn ilk türk şirkəti olub. 

Tvit.az Türkiyə mediasına istinadən xəbər verir, BİST 100 tarixində iz qoyan bu uğurla şirkət Avropada ən böyük 7-ci müdafiə sənayesi şirkəti mövqeyində qərarlaşıb. 

Xüsusilə son illərdə həyata keçirdiyi layihələr sayəsində beynəlxalq bazarda mühüm mövqeyə yüksələn ASELSAN ixrac həcmini əhəmiyyətli dərəcədə artırıb. 

Açıqlanan rəsmi məlumatlara görə, ASELSAN-ın 2025-ci ilin yanvar–sentyabr dövründə bağladığı ixrac müqavilələrinin həcmi 177% artaraq 1,45 milyard dollara çatıb. Məhz bu kimi inkişaflar ASELSAN-ın bazar dəyərinin 30 milyard dollar səviyyəsinə yüksəlməsini təmin edib.

Aysel Şirinova