ABŞ prezidenti Donald Tramp yanvarın 13-də hökumət üzvləri ilə müşavirə keçirəcək. Müşavirədə İrana qarşı mümkün tədbirlər, o cümlədən hərbi zərbələr, kiberhücumlar və yeni sanksiyalar müzakirə olunacaq.
Tvit.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, görüşə dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn dəvət olunub.
Bildirilib ki, müşavirə ABŞ administrasiyası nümayəndələrinin İrana qarşı mümkün fəaliyyət variantlarını müzakirə etmək üçün keçirəcəyi ilk rəsmi görüş olacaq.
Xatırladaq ki, bundan əvvəl Tramp Tehranla bağlı qərar verəəcyini deyib.
Aysel Şirinova