Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nəsimi Nəbizadənin qardaşı həbs olundu
sosial

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

09-01-2026 20:00 40 Baxış
IMG

Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.

 

Tvit.az xəbər verir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

 

Bildirilir ki, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, "məhkəmədəyəm" deməklə ətraflı məlumat verməkdən yayınıb.

 

Qeyd edək ki, ötən gün Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzindən qaçdığı xəbəri yayılmışdı.