Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "ABŞ-nin bu addımını dəstəkləməzdim" - Meloni
dünya

"ABŞ-nin bu addımını dəstəkləməzdim" - Meloni

09-01-2026 15:00 44 Baxış
IMG

İtaliyanın baş naziri Corcia Meloni ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinə inanmır.

Tvit.az xəbər verir ki, bu barədə Meloni mətbuat konfransında danışıb.

“ABŞ-ın Qrenlandiyaya hərbi müdaxilə edəcəyinə inanmıram və bunu dəstəkləməzdim. ABŞ prezidenti Donald Trampın administrasiyası kifayət qədər sərt və israrlı üsullarla Qrenlandiyanın öz maraqları və təhlükəsizliyi baxımından strateji əhəmiyyətinə diqqət çəkir. Təkcə Qrenlandiyada deyil, bütövlükdə Arktika regionunda da bir çox xarici oyunçular fəaliyyət göstərir və ABŞ bununla xarici qüvvələrin həddindən artıq müdaxiləsinə yol verməyəcəyi barədə siqnal verir”, - deyə Meloni qeyd edib.

 

Aysel Şirinova