Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Danimarka Rusiyanın kriptovalyutadan əldə etdiyi gəlirlərə qarşı sanksiyalar təklif edib - Politico
dünya

Danimarka Rusiyanın kriptovalyutadan əldə etdiyi gəlirlərə qarşı sanksiyalar təklif edib - Politico

28-08-2025 11:00 26 Baxış
IMG

Danimarka Rusiyaya qarşı 19-cu məhdudiyyətlər paketinin bir hissəsi olaraq kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlərin istifadəsinə məhdudiyyətlər tətbiq etmək istəyir. 

Tvit.az xəbər verir ki, "Politico" Danimarkanın hazırladığı və 29–30 avqustda Kopenhagendə keçiriləcək Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün nəzərdə tutulmuş sənədə istinadla məlumat yayıb.

Danimarka, həmçinin “Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlərə qarşı məhdudiyyətlər” təklif edib.

 Sanksiyalarla bağlı əlavə təfərrüatlar verilməyib.

Aysel Şirinova