Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial “ Bakı Kart"ın vəzifəli şəxsi cərimə olundu
sosial

“ Bakı Kart"ın vəzifəli şəxsi cərimə olundu

24-06-2025 16:00 25 Просмотров
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - K Group MMC-nin vəzifəli şəxsini cərimə edib.

 

AMB-dən Tvit.az-a verilən məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. Odur ki, “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.

 

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.