Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Həsənriz və Sarıcalıya növbəti köç karvanı yola salındı
sosial

Həsənriz və Sarıcalıya növbəti köç karvanı yola salındı

24-06-2025 12:00 30 Просмотров
IMG

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

 

Tvit.az xəbər verir ki, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

 

Bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülür.

 

Qeyd edək ki, iyunun 24-də təşkil olunan köç də nəzərə alınmaqla Ağdərə rayonunun Həsənriz kəndi ilə Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən ailələrin sayı müvafiq olaraq 130-a (452 nəfər) və 186-ya (775 nəfər) çatacaq.