“Kids Academy by British School” Körpələr Evi-Uşaq Bağçasının 2024/2025-ci tədris ili üzrə İngilis bölməsinin məktəbəqədər qruplarının “Məzun günü” təşkil olunub.
Tvit.az xəbər verir ki, bu müəssisənin sayca 6-cı məzun günüdür.
Tədbirdə İngilis bölməsi üzrə məktəbəqədər qrupların məzunları və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının və Böyük Britaniyanın Dövlət himnlərinin səsləndirliməsi ilə başlayıb. Daha sonra Bağçanın rəhbəri Gülnarə Qafarova qısa açılış nitqi söyləyib.
Tədbir zamanı uşaqlara tədrisin məktəbəqədər mərhələsini uğurla başa vurmalarını bildirən müvafiq sənədlər və hədiyyələr təqdim edilib. Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, “Kids Academy by British School” artıq 6 ildir ki, Körpələr Evi-Uşaq Bağçası olaraq fəaliyyət göstərir. Tədris qrupları Azərbaycan, İngilis və rus bölmələri üzrə olmasına baxmayaraq əsas tədrsi istiqaməti Böyük Britaniyanın Beynəlxalq Cambridge Kurikulumudur.
Kids Academy by British Schooldan məzun olanlar Bakı Britaniya Məktəbində (British School in Baku) xüsusi güzəştlə (25%) təhsil almaq hüququ əldə edirlər.
Bakı şəhəri üzrə iki filial fəaliyyət gösərir:
Xətai filialı; Xətai rayonu, A.Cəlilov 27A-PARK AZURE yaşayış kompleksi, Blok B4, əlaqə telefonu: +994509874444, +994124886444;
Nəsimi filialı; Nəsimi rayonu, Xətai prospekti 172 - MESSENAT Holding, əlaqə telefonu: +994519874444, +994124886444
Müxtəlif qrum və təşkilatlarla onların əməkdaşları üçün güzəştli qəbul şərtləri ilə tərəfdaşlıq müqavilələri imzalanmışdır.
Elmin Alışov