Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Bu barədə Tvit.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini 13 iyun tarixindən dayandırıb.
Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.