Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi MM-ə göndərildi
sosial

Naxçıvan konstitusiyasına dəyişikliklər layihəsi MM-ə göndərildi

12-06-2025 20:00 45 Просмотров
IMG

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Milli Məclisinə göndərilib.

 

Tvit.az-ın Teleqraf-a istinadən verdiyi xəbərə görə, muxtar respublikada məsələ ilə bağlı müzakirələr yekunlaşıb.

 

Qanun layihəsi Naxçıvan Ali Məclisinin iclaslarında müzakirəyə çıxarılıb, səsverməyə qoyularaq qəbul edilib.

 

Daha sonra Ali Məclis sədrinin birinci müavini (sədrin səlahiyyətlərini icra edir - red.) Bəxtiyar Məmmədov layihəni imzalayıb və Azərbaycan parlamentinə təqdim edib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundən cavab olaraq məlumatı təsdiqləyiblər.

 

Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi bu il fevralın 20-də Ali Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.

 

Ali Məclisin mayın 21-dəki toplantısında isə layihə ikinci oxunuşda səsvermədən keçib.