Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Qazaxıstan və Britaniya parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə edib
dünya

Qazaxıstan və Britaniya parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə edib

23-09-2026 22:00 14 Просмотров
IMG

Qazaxıstan xarici işlər nazirinin müavini İsətov Britaniya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

 

Tvit.az xəbər verir ki bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

 Nümayəndə heyətinə İcmalar Palatasının Müdafiə üzrə Xüsusi Komitəsinin sədri Desi rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi və Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin siyasi, ticarət və iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə Qazaxıstanda həyata keçirilən konstitusiya islahatlarına, eləcə də Qazaxıstan və Britaniya parlamentlərinin deputatları arasında birbaşa əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

 

Aysel Şirinova