Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ÜST: Ebola epidemiyası tarixdə ən ölümcül epidemiya olacaq
dünya

ÜST: Ebola epidemiyası tarixdə ən ölümcül epidemiya olacaq

13-08-2026 09:00 12 Просмотров
IMG

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası indiyə qədərki ən ölümcül epidemiyanı geridə qoyacaq.


Tvit.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.


Mətbuat konfransında Qebreyesus bildirib ki, əgər pandemiya hazırkı templə davam edərsə, 2026-cı ilə qədər ən azı 11 min insanın həyatına son qoyan 2014-2016-cı illərdəki pandemiyanı geridə qoyacaq.


Qeyd edək ki, bu il mayın 15-də epidemiyanın elan edilməsindən bəri ən azı 4300 yoluxma halı aşkar edilib və 2000-dən çox insan həyatını itirib.


Elmin Alışov