Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb
dünya

İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb

26-03-2026 10:00 37 Просмотров
IMG

İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hədəflərə və regionda yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə növbəti zərbə seriyasına başlayıb.

 

Tvit.az-ın məlumatına görə, bu barədə İslam Respublikasının dövlət televiziyası xəbər verib.

 

Qeyd olunub ki, hazırkı hücum dalğası artıq 82-ci hesab edilir. Əsas zərbənin istiqaməti barədə hələlik məlumat yoxdur.