Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna münaqişəsi bir günə bitərdi
dünya

Tramp: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna münaqişəsi bir günə bitərdi

17-03-2026 22:00 18 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Kiyevə göstərdiyi hərbi dəstək olmasaydı, Ukraynadakı münaqişə çox qısa müddətdə başa çatardı.

 

Tvit.az xəbər verir ki, bu barədə o, Ağ Evdə İrlandiyanın Baş naziri Maykl Martin ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Trampın sözlərinə görə, ABŞ-ın müdaxiləsi olmasaydı, Ukrayna ilə bağlı vəziyyət elə ilk gündən yekunlaşa bilərdi:

 

“Biz onlara Ukraynada kömək etdik. Əgər biz kömək etməsəydik, Ukrayna ilə bağlı hər şey bir günə bitərdi. Düzünü desəm, bu proses ilk gündən başa çatardı”.

 

ABŞ lideri əlavə edib ki, Kiyev hakimiyyəti hazırda dünyanın ən güclü hərbi texnikalarından istifadə edir və bu avadanlıqlar əsasən ABŞ tərəfindən təqdim olunub.

 

Tramp bu kontekstdə keçmiş prezident Co Baydeni də tənqid edərək bildirib ki, sözügedən hərbi texnika Ukraynaya pulsuz şəkildə verilib:

 

“Bu, Co Bayden tərəfindən təhvil verilən bizim avadanlıqlarımız idi. Dünyanın yüz milyardlarla dollar dəyərində ən yaxşı texnikası”.

 

Aysel Şirinova